Yerli bazarda “Luzi AG” şirkətinin məhsulları 10 ildən çoxdur tanınır. Şirkət 2014-cü ildə məhsullarının aktiv inkişaf etdirilməsinə başlayıb və artıq 2017-ci ilin fevral ayında isə Bakıda regional nümayəndəliyini açıb. Hazırda “Luzi AG” Azərbaycanda ətriyyat və kosmetika məhsullarının istehsalçıları ilə əməkdaşlıq edir, həmçinin yerli şəxsi gigiyena vasitələri və məişət kimya məhsullarının istehsalçıları ilə aktiv danışıqlar aparır.
“Luzi AG”nin icraçı direktoru Yurq Kollerin (Jürg Koller) sözlərinə görə, iki il ərzində şirkət realizə
etdiyi məhsullarının həcminin artırmaq və ətriyyat kompozisiyaları bazarında liderlərdən birinə
çevrilmək niyyətindədir.
«”Luzi AG” şirkəti Yaxın Şərq regionu ölkələrinin bazarlarında təmsil olunur və bu regionun
aparıcı hazır məhsul istehsalçılarının inamını qazanıb. Bizi BƏƏ, İran və Fars körfəzinin digər
ölkələrində çox yaxşı tanıyarlar. Son illər ərzində Dubayda olan məhsullarımız Azərbaycandan
və Qazaxıstandan aktiv şəkildə satın alınır, məhz bu səbəbdən də Bakıda rəsmi nümayəndəliyin
açılmasını qərara aldıq. Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyimiz nəinki yerli bazarı əhatə
edəcək, həmçinin Qafqaz və Orta Asiya bazarlarında məhsullarımımzn inkişaf etdirilməsində
xab rolunu oynasın. Artıq ofisimizdə Azərbaycan və Qazaxıstanda biznesin inkişafı üzrə
menecerlərimiz fəaıiyyət göstərir”, - deyə Yurq Koller bildirib.
Y. Koller onu da əlavə edib ki, şirkət Azərbaycan bazarına yeni çıxıb və məhz buna görə hazırkı
tədarükçünü yenisinə dəyişmək istəyən müştəriləri tapmaq elə də asan deyil: “Azərbaycan
bazarında şirkətin məhsulları qiymətinə görə rəqabətqabiliyyətlidir. Onu deyə bilərəm ki,
bazarda digər analoji məhalullarla müqayisədə biz orta, hətta ortadan bir qədər yuxarı
kateqoriyadayıq. Onu da xatırlatmaq istərdim ki, yüksək keyfiyyətli məhsul ucuz satıla bilməz”.
Əsası 1926-cı ildə Sürixdə (İsveçrə) qoyulan “Luzi AG” şirkəti Avropanın ən qocaman ətriyyat
kompozisiyaları istehsalçısıdır. Şirkətin sifarişçiləri sırasında həm kütləvi, həm də eksklüziv
kateqoriyalara aid olan ətriyyat istehsalçıları mövcuddur. Hazırda şirkət 100-dən çox ölkədə
təmsil olunur. Şirkət özünü bütün ekoloji standartlara cavab verən keyfiyyətli məhsul istehsalçısı
kimi sərgiləndirir. Sözügedən sənayenin nəzarət orqanı sayılan Ətirli Maddələr üzrə Beynəlxalq
Assosiasiyanın (IFRA) üzvü olan bu şirkətin bütün istehsal prosesi İsveçrədə həyata keçirilir.
Ətriyyat kompozisiyalarının istehsalı zamanı “Luzi AG” 1 800-ə yaxın müxtəlif növ
inqrediyentlərdən istifadə edir ki, bunların sırasında İtaliyanın sitrus cövhəri, Meksikanın liman
yağı, Bolqarıstanın qızıl gül yağı, İndoneziyanın paçuli yağı, Madaqaskarın vanil yağı və s.


