Facemark.az məşhur beş markanın adlarının necə yaranması tarixçəsini araşdırıb. Həmin markaların adları və yaranma tarixçələrini təqdim edirik.
Adidas
Bu gün bir çox insanın üstünlük verdiyi idman malları markası “Adidas” 1920-ci ildə Bavariyalı bir ayaqqabı ustası olan Adolf Dassler tərəfindən yaradılıb.
Dassler ləqəbi olan “Adi”yə soyadının ilk üç hərfi olan “Das” sözlərini əlavə edərək “Adidas” kəlməsini alır. Şirkəti qardaşı Rudolf ilə birlikdə qururlar.
Daha sonra qardaşı ilə mübahisə edib ayrılan Adolf məşhur üç xətti markasında istifadə etməyə başlayır.
Puma
Qardaşı Rudolf isə “Puma” markasını yaradır.
Adolf Dasslerin qardaşı Rudolf Dassler İkinci Dünya Müharibəsində iki dəfə həbs edilir. Qardaşı Adinin onu satdığını düşünür.
Daha sonra qardaşından təsirlənərək Ruda adında bir marka yaratsa da, daha atletik olduğunu düşündüyündən markanın adını “Puma” olaraq dəyişdirir.
Nike
Xüsusilə, son dövrlər qadın idmançılarını dəstəkləyən “Nike” bütün dünyanın ən məşhur idman malları satan markasına çevrilib. Markanın adı Yunan Qələbə Allahı “Nikea”dan götürülüb. Markanın işçilərindən olan Cef Consonun yuxusunda Yunan Qələbə Allahı “Nikea”ı görməsi ilə ad yaradılıb. Şirkətin rəhbəri Phil Knight istehsal etdiyi məhsullar üçün “Dimesion 6” adını fikirləşir, ancaq Cef Consonun gördüyü yuxu markanın adının Nike olaraq dəyişdirilməsinə səbəb olur.
Zara
Zaranın qurucusu ispanyalı iş adamı Amancio Ortegadır. İlk mağazasının adını 1964-cü il istehsalı olan “Zorba” adlı filmə xitabən “Zorba” qoymuşdu. Mağaza ilə eyni küçədə yerləşən barın sahibi də bu addan istifadə etmişdi və adın dəyişdirilməsini tələb edir. Markanın adı “Zorba”nı xatırladan “Zara”ya dəyişdirilir.
Starbucks
Son zamanların ən məşhur qəhvə mağazaları zənciri “Starbucks” adını Herman Melvillenin məşhur romanı olan Moby Dickdəki “Starbuck”dan alıb. Əslində, markanın qurucusu Gordon Bowker güclü bir imic yaradacağını düşündüyündən markanın adının “ST” hərfləri ilə başlamasını istəyirdi. Bir dostu ona Moby Dickin romanındakı Starbuckdan bəhs edib və markanın adı da bu şəkildə qoyulub.




