Qonşu ölkə Türkiyədə ayaqqabı istehlakçıları ilə əlaqədar maraqlı araşdırma aparılıb.


Facemark.az xəbər verir ki, araşdırma Türkiyənin onlayn alış-veriş mağazası olan “İnce Deri”nin hesabatlarına əsasən hazırlanıb.


Mağazanın 2017-ci il üzrə satış hesabatlarına əsasən qadınlarda ən çox satılan ayaqqabı ölçüsü 38-dir, kişilərdə isə bu 42. Ayaqqabı alış-verişinin 63%-ni qadınlar edir. 100 qadından 13-ü hündürdaban ayaqqabı almağa üstünlük verir. Həmçinin həmin qadınlar hündürdaban ayaqqabılardan savayı bir cüt yastı daban ayaqqabı da almağı unutmurlar.


Beləliklə, hesabata görə;


- Qadınların 4%-i sifariş zamanı kişi əşyaları da edib. Kişilərin 7%-i eyni sifarişdə qadın məhsulunu da alıb.


- Ən çox alış-veriş edən qadın bir ildə 25 cüt ayaqqabı alır, kişilərdə isə bu rəqəm 22 cütdür.



- Qadın ayaqqabılarından ən çox satan ölçü 27,5% ilə 38 olub. Onun 26,6%-i isə 37 ölçüsü olub.


- Ən çox satan kişi ölçülərində 42 ölçüsü 27,5%-ilə birinci olub. İkinci yeri isə 21,5% ilə 41 ölçü izləyib.


- Qadınları 57%-i hündürlüyü 8-10 sm olan ayaqqabıları, 35%-i isə hündürlüyü 10 sm üzərində olan ayaqablara üstünlük verir.


- Kişilər klassik ayaqqabı alış verişi zamanı bir cüt idman ayaqqabısı da alır.