“Oxford Dictionaries” tərəfindən 2017-ci ilin kəlməsi “youthquake” seçilib.


Facemark.az xəbər verir ki, mənası gənc insanların təsiri və ya hərəkətlərindən meydana gələn önəmli bir mədəni, siyasi, sosial dəyişiklik deməkdir.



Yəni, “youthquake” bir növ gəncliyin yaratdığı bir cərəyan olaraq qəbul edilə bilər. “Oxford Dictionaries” tərəfindən bu sözün ilin kəlməsi seçilməsinin səbəbi 2016-cı ilə nisbətən 5 dəfə çox istifadə olunmasıdır.



Kəlimə ilk böyük dalğasını İngiltərədə seçkilər ərəfəsində yaşayıb. İngilis xalqı iyunda seçimlərə gedərək gözlənmədik gənc seçici kütləsinin nəticələrinə təsirini ortaya çıxarınca kəlimə trend olub.


Əslində bu söz ilk dəfə 1965-ci ildə “Vogue”nun redaktoru tərəfindən müharibədən sonrakı dəyişiklik anlamında istifadə edilmişdi. 10 kəlimə arasında seçim ərəfəsində ən çox keçmiş il içərisində insanlara yeni bir dövrün başladığını anlatan, ümid verəcək kəlimə axtarılıb.



Bu mənada gələcəkdə bizi gözləyən bir “youthquake” var. Gənclik yeni-yeni hərəkətlənməyə başlayır.