“Tesla” avtomobil və “SpaceX” kosmik şirkətinin rəhbəri, cənubi afrika əsilli, amerikalı investor Elon Musk yenə işçilərinə necə lider olmaq olar mövzusunda dərs keçib.


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, E.Musk işçilərinə e-mail üzərindən məktub yollayıb.


Məktubda deyilir:


“Şirkət içərisində informasiya axınını izah edən iki cür düşüncə məktəbi var. Şübhəsiz ki, ən geniş yayılmış yol komanda zənciridir, yəni ünsiyyət hər zaman top menecerin üzərindən axar. Bu yanaşmada problem, top menecerin gücünü artırmağa xidmət etsə də, şirkətə fayda vermək nöqteyi-nəzərindən uğursuz yoldur.


Problemin tez həll edilməsindən savayı, bir departamentdəki birinin başqa bir departamentdəki bir şəxs ilə ünsiyyət qurub doğru olanları edilməsi var ikən, onlar öncə öz menecerlərinin yanına gedirlər, menecer digər departamentin meneceri ilə görüşür və digər departamentdəki menecer də əmrindəki şəxsdən problemin həll edilməsini gözləyir.


İnformasiyanın düz yolla hərəkət etməsinin əvəzinə, o eyni yoldan tərs yöndə geri gəlir. Bu son dərəcə axmaqlıdır. Bunun olmasına icazə verən, bunu təşviq edən menecer qısa müddətdə özünü başqa bir şirkətdə tapacaq. Zarafat etmirəm.


“Tesla”dakı hər kəs bütün şirkətin faydasına bir problemi həll etmənin ən sürətli yol olduğunu düşündüyü şəkildə başqa hər-hansı birinə e-mail göndərə bilər, danışa bilər, bunu etməlidir.


Müdirinizin icazəsi olmadan onun müdiri ilə danışa bilərsiniz. Başqa bir departamentdəki digər köməkçisinin yanına birbaşa gedə bilərsiniz. Mənimlə də danışa bilərsiniz. Hər-hansı biri ilə başqa kimsənin icazəsi belə olmadan müzakirə apara bilərsiniz.


Bundan əlavə, doğru nəticə əldə edilənə qədər özünüzü məsuliyyətli hesab etməlisiniz. Təsadüfi söhbətlərdən danışmırıq. Ultra sürətli və doğru şəkildə inkişafımızı təmin edilməlidir. Ölçü baxımından böyük avtomobil şirkətləri ilə uyğunlaşa bilmərik. Buna görə də, bunu zəka və çevikliyimiz ilə etməliyik.


Son olaraq, müdirlər şirkət içində “biz və onlar” zehniyyəti yaradan, ya da ünsiyyəti hər-hansı şəkildə əngəl olan maneələrin olmamasından əmin olmalıdırlar. Təəssüf ki, bu təbii tendensiyadır və aktiv mübarizə tələb edir. Departamentlərin öz aralarında baryer yaratmaları, ya da digərlərinin uğurunu hamımızın yerinə yalnız onların uğuru olaraq görmələri necə “Tesla”nın xeyrinə ola bilər? Hamımız eyni gəmidəyik. Özünüzü daim departamentin yaxşılığı üçün deyil, şirkətin yaxşılığı üçün çalışan biri olaraq görün!”.