Qarşıda bizi gözləyən, Pxençxane şəhərində keçiriləcək Olimpiya haqqında müzakirələr yenicə sakitləşmişdi ki, 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunları haqqında müzakirələr başlayıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2022-ci keçiriləcək Olimpiya Oyunlarının loqosu üçün 4,5 mindən çox eskiz tələb edilib.


Çində Oyunların Təşkilatı Komitəsi cümə günü Olimpiyadanın emblemini təqdim edib.


Loqoda heroqliflər vasitəsilə ölkənin mədəniyyəti əks olunub, amma onlar bunu müasir dizayn əsasında ediblər.


Loqoda əsas rəng mavidir, gələcək və arzuların rəmzidir. Kristal işıq buz və qarın təmizliyini ifadə edir.


Qırmızı və sarı Çin bayrağında istifadə edilən rənglərdir, ehtiras, gənclik və idmana olan enerjini simvollaşdırır.