Ümumi olaraq Y nəsli (Milenials, Net Generation) 21-ci əsrin əvvəllərində meydana gələn nəslə verilən addır. 1980-ci ildən əvvəl anadan olan X nəslindən sonra gəlirlər.


Facemark.az xəbər verir ki, hansı ildə anadan olanlar Y nəslinə aiddir? Bu suala bugünə qədər çox fərqli şəkildə şərhlər edilmişdi. “Newsweek” jurnalına görə, 1982 və 2004-cü il arasında dünyaya gələnlər Y nəslini təşkil edirlər.


“Time “jurnalı isə bu rəqəmləri 1980-2000-ci il arası olaraq qəbul edir. Hər iki jurnalın şərhləri doğru hesab edilir.


Bu nəslə daxil olanların ən kiçik yaş qrupu 16 hesab olunur. Beləliklə, Y nəslinə mənsub olanların ən xarakterik altı istehlak davranışından bəhs edəcəyik.



Sosial alverçi


Alış-veriş edən zaman dost və ailəsinin fikirlərindən təsirlənir. Satış qərarı verən zaman fikirlərinə ehtiyac duyduğu şəxslərlə birbaşa onlayn üzərindən əlaqə qurmaq istəyir. Maraqlandığı yeni məhsulları kəşf edəcəyi, yığmaq və paylaşmaq üçün yeni həll yolları axtarır.


Əsl ovçudur


Qarşısına çıxan fürsətlərdən heç vaxt imtina etmir. Elektron ticarət saytlarının təqdim etdiyi endirimli kupon və kampaniyaların “dəlisi”dir. Onlayn olaraq bu kimi fürsətlərdən zamanında və dəqiq olaraq xəbərdar olmağa çox önəm verir.


Şəxsiləşdirilmiş mesajları sevir


Sədaqət proqramları tərəfindən mükafatlanmağı sevir. Məhsulların ona “qızıl qab”da təqdim edilməsindən xoşu gəlir. Fərqli və imkansız olduğunu hiss etmək istəyir. Şəxsiləşdirilmiş alış-veriş təcrübəsini yaşamaq onun üçün çox önəmlidir. Ümumi kütləyə xitab edən marketinq mesajları ona çox da həyəcan vermir.


Pulu qənaətlə idarə edir


Yalnız ehtiyac duyduğu təqdirdə məhsula pul xərcləyir. Pulu qənaətlə xərcləyir. Daimi olaraq aldığı məhsul dəyişdirilmişsə, bu haqda əvvəlcədən məlumatlı olmağı istəyir.


Parlaq, gözalıcı məhsullar onu çox həyəcanlandırır


Veb saytda tövsiyə olunan məhsullar kateqoriyasına baxaraq alış-veriş edir. Parlaq, gözalıcı məhsullar onu çox həyəcanlandırır. Tövsiyə olunan yeni məhsullar haqqında onlayn xəbərdarlıqlar almaq istəyir.



Populyar mediaya qarşıdır


Xüsusilə, Y nəsli populyar mətbuatda yayımlanan xəbər və reklamlardan çox uzaqdırlar. Hətta, onlara qarşı güvənsizlik var. Buna görə də, digital kanallarda yer alan reklam və xəbərlərə üstünlük verirlər. Onlayn dəyərləndirmə saytları, “qulaqdan qulağ”a reklamlar, ekspert şərhləri, bloq yazıları və s. onların satış qərarlarına ciddi təsir edir.


Ümumiyyətlə, alış-veriş edən və satış qərarı verən zaman duyğusallq göstərirlər. Sevimli marka və məhsullar haqqında ən yeni və sərfəli kampaniyaları çox ciddi ardıcıllıqla izləyirlər. Bəyəndiklərini sosial platformada mütəmadi olaraq paylaşırlar. Y nəslinin alış-veriş keçmişləri, seçimləri, satış modelləri üzərində ciddi analizlər aparmaq lazımdır. Yalnız bu halda onlara istədikləri təklifləri vermək mümkün olacaq.


Y nəslinin davranış nümunələrini analiz edərkən əldə etdiyimiz yekun nəticə budur. Bu nəslə təsir etmək üçün onları təəccübləndirməlisiniz. Bunun qarşılığında marka sədaqəti, daimi müştəri əldə edəcəksiniz.