“Papa John's” pizza restoranları şəbəkəsinin banisi və rəhbəri “Ata Con” adı ilə məşhur Con Şnatter istefa verib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “USA Today” yazıb.



O, dünyadakı ən böyük üçüncü pizza restoranları şəbəkəsinin direktorları şurasının üzvi mövqeyini qoruyacaq.


Yeni direktor Stiv Riçi şirkətinin prezidenti olacaq. Dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.



Bu addımın səbəbləri haqqında rəsmi açıqlama edilməyib.


Nəşr qeyd edir ki, bu yaxınlarda Şnatter ABŞ-ın milli futbol liqasının oyunçuları ilə bağlı qalmaqalda iştirak edib.



“Papa John's” dünyanın 35 ölkəsində 5 min restoran şəbəkəsi mövcuddur. Satışlarının həcminə görə, o yalnız rəqibləri “Domino's” və “Pizza Hut”dan geridə qalır. Şnatterin əvəz edəcək Stiv Riçi 1996-cı ildə müştəri xidmətlərində saatda 6 dollara qazanmaq şərti ilə Papa John's da işə başlamışdı. Şnatter ilk restoranını 1985-ci ildə açıb.



Qeyd edək ki, 2016-cı ildə məşhur amerikan futbolçusu Colin Kaepernick amerika polisinin qaralara qarşı tətbiq etdiyi sərt cəza və sosial ədalətsizliyi vurğulamaq üçün ABŞ himni səslənən zaman diz çökmüşdü. O, bununla başlanan etirazlara dəstək olduğunu vurğulamaq istəmişdi.


Şnatter isə bu məsələyə qarışmış və bildirmişdi ki, Liqadakı idarəetmə zəifdir: “Ötən il prezident seçkiləri, bu il isə etirazlar Liqaya baxanların sayını azaldıb”. Onun bu açıqlamaları Amerika Futbol Liqasında yayımlanan “Papa John’s'” reklamların auditoriyaya təsir dairəsini azaltmış, satışlar aşağı enmişdi.


“Papa John’s” 2010-cu ildən bəri Amerika Futbol Liqasının sponsoru olub. Güman olunur ki, Şnatterin istefa verməsinin səbəblərindən biri də sərt açıqlamaları olub.