Rusiya siyasi qurbanlar sosial təşkilatı ictimaiyyətə “böyük terrorun” 75 illiyinə həsr olunmuş “Сталин как...” reklam plakatları seriyasını təqdim edib.


Təşkilat gənclərə bəsit şəkildə Stalin represiyası haqqında məlumat verməyə qərar verib. Bunun üçün bu təşəbbüsün müəlliflərindən biri – copywriter İlya Texlikidi Stalini populyar beynəlxalq brendləri ilə müqayisə edib. O, ünsiyyət üçün daha münasib bir forma axtarıb və çeçen rəsssam Nox – 13 – ün çəkdiyi rəsm üzərində dayandı.



İlyanın istəyi ilə Nox – 13 hazırlanmış frazaları özündə əks etdirən bir neçə poster hazırladı. Beləliklə, sosial printlər seriyası hazırlandı - "Сталин - он как...", hansı ki, uzunmüddətli sosial kampaniya olan “Böyük terror 1937 - 1938” –in başlanğıcı oldu.


Layihə “Большой город” jurnalının, "Сноб" portalının və "Дождь" televiziya kanalının əməkdaşlığı ilə ictimaiyyətə təqdim olundu. Belə ki, "Сноб"da hazırki reklam kampaniyasının tarixcəsi və gənclərin sorğusundan ibarət məqalə dərc olundu. Sorğudan məlum olmuşdur ki, gənclərin əksəriyyətinin represiya haqqında heç bir anlayışları yoxdur.


İnternet istifadəçilər plakatlar haqqında heç də birmənalı rəy bildirmədilər. Onların bir hissəsi reklam kampaniyasını tənqid etdilər, bir hissəsi isə bunu “cəfəngiyyat” adlandırmışdır.