ABŞ prezidenti Donald Trumpın “Ağ Saray”dakı ilk ilindən bəhs edən və yanvarın 9-da bazara çıxacaq jurnalist Michael Wolffun “Qəzəb və Hirs”: Trumpın “Ağ Saray”ının İçində adlı kitabın bəzi bölümləri ABŞ mətbuatında yayımlanıb.


Facemark.az xəbər verir ki, səs gətirəcək iddialar yer alan kitabda ABŞ prezidentinin “Ağ Saray”dakı şəxsi həyatına dair təəccüblü detallar da yer alır.


Wolffun iddiasına görə, daha öncə “McDonald's”ı məhsullarının “təmziliyini” tərifləyən Trump “fast food “qidalarına üstünlük verməsi daha qaranlıq bir səbəbə bağlıdır.


Trumpun uzun müddətdir zəhərlənməkdən qorxduğunu və bunun da yemək seçimlərində əks olunduğunu önə sürən Wolff “McDonald'”'dan yeməyi sevməsinin səbəblərindən biri kimsənin onun gəldiyini bilməməsi və yeməyin təhlükəsiz şəkildə öncədən hazırlanmasıdır deyib.