Kanada agentliyinin reklamçıları xeyriyyəçilik təşkilatı üçün saytlarda xəbər bloqlarını silmək üçün banner hazırlayıblar.
Minlərlə insan qısamüddətli yaddaş pozğunluğundan əziyyət çəkir – Alzheimer xəstəliyi. Bu problem haqqında danışmaq və xəstəliklə mübarizə məqsədilə fonda vəsait toplamaq üçün Marketel agentliyi maraqlı digital – layihə hazırlayıb. Reklamçılar xəstəliyin əsas xüsusiyyətini əsas olaraq götürdülər və onu reklam bannerinə çevirdilər. İşi bitirdikdən sonra, onu məşhur xəbər portallarında yerləşdirdilər. İşin əsas məqsədi elektron KİV – də oxucuların davranış psixologiyası üzərində qurulub.
Belə ki, xəbər saytının səhifəsini aşağı sürüşdürərək istifadəçi qaçılmaz olaraq əvvələ qayıdır, ancaq oradakı təqdim olunan məlumatı görmür: onun əvəzində ağ rəngli boşluq əks olunur, yaddaşdakı boşluqlar kimi! Orada yalnız Alzheimer Society – dən məlumat qalır.
Belə qeyri – standart qərar CTR – i 400% artırıb.