1951-ci ildə Bolqarıstandan Türkiyəyə köç edən 75 yaşlı Hasan Durmaz gələr-gəlməz iş həyatına başlayıb.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 yaşında simit sataraq ailə büdcəsinə fayda verən Durmaz, 11 yaşında isə Bursa Kapalıçarşıda satıcı olaraq corab, yun köynək, hazır geyim məhsulları satıb.


18 yaşına çatanda isə o ilk dükanını bazarda açır. 30 yaşına qədər isə buradakı dükanlarda pərakəndə hazır geyim məhsullarının satışını edib. 30 yaşında isə köynək istehsalına da başlayan H.Durmaz, 50 yaşında artıq karyerasının zirvəsində idi.


Durmaz, Türkiyədəki bir çox vilayətə öz istehsalı olan alt paltarları, yun köynək, jilet və hazır geyim məhsulları satmağa başlayıb. Bu gün yanında onlarla işçi işlədən Durmaz, 3 min 500 çeşid məhsul istehsal edərək milyonlarca liralıq məhsul satır.



O, uğur hekayəsini müştərilərin qarşı gülərüzlü olmaqda və çox çalışmaqda olduğunu görür:


“Bursaya ilk gəldiyim gündən etibarən “simit” satdım. 3 il küçələrdə simit satdım. Sonra satıcı olaraq bazarda tekstil məhsulları satmağa başladım. 18 yaşımda isə bazarda ilk dükanımı açdım.



30 yaşıma qədər hazır geyim məhsulları satdım. 30 yaşından sonra köynək istehsalına başladım. 1995-ci ildə 50 yaşında olanda karyeramın zirvəsinə çatdım. Bu gün 3 min 500 çeşiddə alt paltar, yun köynək, jilet, corab, hazır geyim məhsulları istehsal edirik. Türkiyənin bir çox vilayətinə məhsul satırıq. Uğur sirrim isə çox çalışmağa, dürüstlüyə və gülərüzlü olmağa borcluyam. Bir qız, bir oğlan övladım var. Onlara da bu işi öyrətdim”.