“The Guardian” yanvarın 12-dən etibarən standard qəzetçilik formatını dəyişib. Yeni tabloid formatı ilə yayıma başlayıb. Yenilik mobil tətbiq və kompüter üzərindən qəzeti oxuyanlar üçün hazırlanıb.


Facemark.az xəbər verir ki, dəyişiklik 7 ayın nəticəsi olub.


Kompaniya daha da radikal qərarla 2003-cü ildən istifadə etdiyi ağ və göy loqodan imtina edib. Loqo qara rəngə dəyişdirilib.


Şirkət yeni dəyişikliyə getməsinin səbəbi sırasında qəzetin etibarlı xəbər qaynağı və ciddi qəzet, dünya miqyasında etibarlı marka olduğunu vurğulamaq istəyiblər.


Bunun üçün oxucuların önəm verdiyi iki nüans əsas götürülüb:



- Həqiqətlərin çox zaman gözdən yayındığı açıqlıq və dəqiqlik;


- İnsanların baş verən hadisələrə qarşı yeni fikir və alternativlər axtardığı xəyal gücü



“Commercial Type” dizayn agentliyi ilə birgə “Guardian Headline” adlı yeni yazı stili yaradılıb. Sadə, cəlbedici yazı stili olaraq tanınan bu yazı tipi daha asan oxuma yaradır.


Qeyd edək ki, “Sun”, “Daily Telegraph” kimi rəqib qəzetlər “The Guardian”ın yeni dizaynı ilə deyil, amma tabloid formatına sataşıblar.