Alman nəhəngi “Adidas” və alman nəqliyyat kompaniyası BVG ilə birgə hazırlamış olduqları kampaniya gənclər arasında böyük rəğbətlə qarşılanıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən ölkənin iki böyük şirkəti “EQT Support 93/17 Berlin” krassovkalarını 16 yanvardan etibarən bazara təqdim ediblər.
Krassovkanın sahibləri ayaqqabının bağ yerinin yuxarısına tikilmiş olan bilet sayəsində bir il ərzində şəhərlərarası bütün ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.
Krassovkaların əhəmiyyəti o qədər böyükdür ki, onun üçün uzun növbələr yaranıb. Belə ki, Alman sakinləri təxminən 3 gün növbədə dayanıblar ki, bu unikal krassovkalara sahib olsunlar.
Ən təqdirəlayiq hal odur ki, krassovkaların qiyməti cəmi 180 avrodur (təxminən 366 manat-red.), amma hesablamalara görə illik nəqliyyat xidmətlərindən istifadə haqqı isə ümumilikdə 761 avro edir.
Krassovkaları onlayn platformalar üzərindən almaq istəyənlər fantastik qiymətlər ilə qarşılaşmalı olacaqlar. Belə ki, “e-Bay”də alverçilər krassovkanın qiymətini nə az, nə çox düz 1800-2200 avro qiymətinə satışa qoyublar.
Qeyd edilir ki, əgər krassovkanı alan pulsuz şəhərlərarası nəqliyyatdan istifadə etmək istəyirsə, ayaqqabı onun ayağında olmalıdır. Əgər ayaqqabı əldə, ya da çantada olacaqsa, bu halda ödəniş etmək lazım gələcək.
