Avropa futbol assosiasiyalarının ittifaqı (ing. Union of European Football Associations) maliyyə göstəricilərinə əsasən, Rusiya futbol klubu “Zenit” bütün Avropa klubları arasında ən gəlirlisi hesab olunub.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2016-ci ildə Peterburq klubu “Zenit” 77 milyon avro gəlir əldə edib. Reytinqin ikinci pilləsində 44 milyon avro gəlir ilə ingilis “Tottenhem” klubu, üçüncü yerdə isə 34 milyon gəlir ilə “Mançester Yunayted” yer alıb.
Xalis mənfəət üzrə TOP-20-yə isə altı alman klubu, altı ispan, başqa liqalardan beş klub daxil olub.
“Zenit”in gəliri futbolçuların satışı ilə izah olunur. Bunlar Brazilyalı Xalk (56 milon avro), argentinalı Ezequiel Qaray (24 milyon avro) və belçikalı Axel Witse (24 milyon avro) olub.
Foto: Ezequiel Qaray
Əgər transfer zamanı xərc və gəlirləri nəzərə almasaq bu zaman “Zenit” gəlirlərinin ölçüsü üzrə onuncu yerdə qərarlaşacaqdı.
Foto: Xalk
Bu halda lider 232 milyon avro gəlir ilə “Mançester Yunayted”, ikinci yerdə 137 milyon gəlir ilə Madrid “Real”ı, üçüncü isə 106 milyon avro isə fransız “PSJ” olacaqdır.
Foto: Axel Witse
Mənfəətliyinə görə, isə “Zenit” 180 milyon avro ilə 21-ci, “Mançester Yunayted” isə 689 milyon avro ilə liderliyini qoruyur.



