2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunlarında iştirak edəcək rus idmançılarının geyim formaları artıq hazırdır.


Facemark.az xəbər verir ki, Rusiya mətbuatı yazır ki, geyim formaları Beynəlxalq Olimpiya Komitəsinin idman formalarında bayraq və gerb kimi atributlardan istifadə edilməsinə qoyduğu qadağalardan sonra bir sıra dəyişikliyə məruz qalıb.


“Əlbəttə biz belə qısa müddət ərzində geyim formalarında, xüsusilə də ayaqqabılar da dəyişiklik etməkdə çətinlik çəkdik. Artıq idmançıların geyim formaları ilə təchiz olunmasının çox hissəsi başa çatıb”, - deyə İdman mallarının pərakəndə şirkəti, Rusiya Olimpiya Komitəsinin rəsmi geyim tədarükçüsü “ZASPORT” şirkətinin direktoru Anastasiya Zadorina deyib.


Kolleksiyanın əsas rəngləri isə, boz, ağ və qırmızıdır. Təlim kostyumları, futbolka, gödəkçələrin üzərinə isə OAR- “Olympic Athlete from Russia” loqosu vurulub.


Qeyd edək ki, Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunları fevralın 9-dan start götürəcək. Fevralın 25-dək davam edəcək.