Azərbaycanda da şöbələri olan Türkiyənin dondurma evi və kafe şəbəkəsi “Mado”nun 42,7%-i Qətərin “Al Sraiya Holding Group”a satılıb.


Facemark.az Türkiyə KİV-inə istinadən yazır ki, şirkətlər arasında bir ildən çoxdur ki, şəriklik haqqında müzakirələr gedirdi.


“Mado”nun baş direktoru Gürol Çıragöz satış məsələsi ilə bağlı jurnalistlərin sualına belə aydınlıq gətirib: “Dünyanın 20 ölkəsində 50 mağazamız var. Məqsədimiz dünya miqyasında mağazaların sayını artırmaq və qlobal oyunçuya çevrilməkdir”, - deyib.


Ekspertlər isə deyir ki, Qətərli investor şirkətin Körfəz ölkələri və Avropada genişlənmək hədəfini sürətləndirəcək.


Qeyd edək ki, “Mado” Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir və hal-hazırda 5 şöbəsi ilə xidmət göstərir.