Londonun mədəniyyət, sənət, incəsənət jurnalı olan “Vice”da çalışan Oobah Butlerin saxta restoranı səyahət platforması olan “TripAdvisor”də №1 olub.
Facemark.az xəbər verir ki, O.Butler “TripAdvisor” səyahət platformasını aldadaraq baxça klubunu Londonun ən reytinqli restoranı olduğunu elan edib.
Butler, bunun üçün internet saytı yaradır və yeməklərin şəkillərini çəkmək üçün peşəkar fotoqrafın xidmətlərindən istifadə edir.
Daha sonra isə, dostları ilə birlikdə “The Shed” (Daxma) adını verdiyi saxta restoranı üçün həqiqi olmayan qiymətləndirmədən istifadə edir.
Maraqlısı odur ki, siz saxta restoranın internet saytına daxil olduqda O.Butler tərəfindən restoran haqqında açıqlamaya rast gəlirsiniz:
“Cənubi Londonda yer alan və sadəcə rezervasiya ilə çalışan “The Shed” restoranı illərdir özəl olaraq fəaliyyət göstərir. 2017-ci ildə isə müştərilərinə qapılarını açmağa qərar verib. Bu ilin noyabr ayından etibarən “TripAdvisor”un Londonda ən çox reytinq alan restoranı olub”.
Butlerin saxta restoranı bir neçə ayda fərqli dadları təcrübə etmək istəyən potensial müştərilərin diqqətini çəkib. Restoran daha da populyarlaşmağa başlayıb.
Saxta restoranın internet saytı:
“TripAdvisor” məsələ ilə əlaqədar açıqlamasında deyib ki, əsasən bu cür saxta restoranların siyahısını elan edənlər, bizi sınamaq istəyən və səhv həmlələr edən jurnalistlərdir”, - bildirib. Amma hər nə qədər belə bir açıqlama verilsə də, bu platformanın nüfuzuna zərər verən amil kimi qiymətləndirilir. Təsəvvür edin, “TripAdvisor”də ən çox reytinq alan restoran, hotel və s. seçirsiniz, o da saxta çıxır. Siz belə vəziyyətdə, nə edərdiniz, fikirləriniz maraqlıdır.
Saxta restoranın adıçəkilən səyahət platformasında görüntüsü:


