Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai” “Superboul-2018”ə həsr etdiyi yeni reklam çarxı bazara təqdim edib.
Facemark.az xəbər verir ki, reklam filmində iki futbolun müqayisəsi aparılır.
Çarxın əvvəlində Avropa futbol liqasının oyuncularını hakim səbəbsiz meydançadan uzaqlaşdırır. Nəticədə, meydançada heç bir futbolçu qalmır, bundan sonra bütün şəxslər “Superboul”a baxmaq üçün tələsməyə başlayırlar.
Bu “Hyundai Kona” modelinin birinci milli reklamıdır. Çarxı “Innocean USA” reklam agentliyi ərsəyə gətirib.
Qeyd edək ki, “Superboul” Amerikanın idman müsabiqəsidir və artıq 52-ci dəfədir ki, təşkil ediləcək. Yarışlar 4-5 fevral tarixində baş tutacaq.