Aprelin sonunda Böyük Britaniyada genişmiqyasılı London marafonu-idman xeyriyyə tədbiri baş tutacaq.
Facemark.az xəbər verir ki, yarışlar ərəfəsində isə “Nike” loqosunu yeniləyib. İdman xeyriyyə tədbirində loqonun üzərinə LDNR abbreviaturası əlavə edilib.
Məhz bu nüans Ukrayna mətbuatında qızğın müzakirələrə səbəb olub. Abbreviaturada LNR ( Luqansk Xalq Respublikası) və DNR ( Donetsk Xalq Respublikasının) işarələrini tapıblar.
“Nike” rəsmisi isə məsələ ilə bağlı açıqlamasında deyib ki, LDNR “Londoner”in qısalılması mənasına gəlir. Açıqlaması isə London sakinləri deməkdir. Kampaniya isə “Get ready to show the world that Nothing Beats a Londoner” (Hazır olun və dünyaya göstərməyə çalışın ki, heç bir şey London sakinlərini vura bilməyəcək) sloqanı altında baş tutacaq.
Ukrayna mətbuatından biri isə qeyd edir ki, marka bununla London marafonunu zərərsiz bir səbəb olaraq istifadə edərək, qondarma xalq respublikalarına dəstək verməyə çalışır.
