Bu gün Rusiyada 12 yaşına qədər 22,6 milyon nəfər uşaq var, bu da ölkə əhalisinin 15,6%-i deməkdir. Ekspertlər isə düşünür ki, qarşıdakı illərdə ölkədə uşaqların sayı 23 milyon nəfəri aşacaq.
Facemark.az xəbər verir ki, sorğuda milyonlarla əhalisi olan şəhərlərdə yaşayan 3-10 yaş arası uşaqların ümumilikdə 300 valideyn iştirak edib.
Təhqiqatın nəticələrinə görə, müasir bir uşaq üçün rəqəmsal cihazların daha əvvəlki üstünlüyü və media davranışının yüksək dəyişkənliyi ilə xarakterizə olunur.
Rusiyada uşaqların əksəriyyəti evdə 2 televizorun, internetə çıxışın, DVD, oyun qurğularının, planşet, smartfon, noutbukun olduğu evdə doğulur və böyüyürlər.
Valideynlərin qiymətləndirmələrinə görə, müasir Rusiya uşaqları passiv həyat tərzi keçirdirlər. Onlar küçədə gəzir, oyun oynayır, TV-də veriliş və mutfilimlərə baxır, telefon, planşet ilə oynayır, rəsm çəkmək və s. kimi yaradıcı işlərlə, kitab oxumaqla, musiqiyə qulaq asmaqla, mobil oyunlar oynamaqla məşğul olurlar.
Son illərdə uşaqlar arasında TV-yə baxış sayı stabil olaraq qalıb. Məktəbəqədər 4-7 yaş arası uşaqlar TV də cəmi 138 dəqiqə vaxt keçirdiblər. 2017-ci ildə məktəblilərin TV qarşısında keçirdikləri vaxtda azalma qeydə alınıb, amma bununla belə bu yüksək göstərici hesab olunur. Məsələn, 8-10 yaş arası uşaqlar TV qarşısında 138 dəqiqə, 11-17 yaş arası uşaqlar isə 112 dəqiqə vaxt keçirdirlər. 4-10 yaş arası auditoriya tematik mövzulu kanallara baxma müddətinə (onlar yaşı çox olan insanlara nisbətən daha çox baxırlar) görə liderdir.
Uşaqlar arasında rus dilində populyar olan 10 “YouTube” kanalı isə belədir:
1. GetMovies – 14 869 366 028 baxış sayı
2. Маша и Медведь (Maşa və Ayı) - 14 341 898 743
3. Лунтик (Luntik) - 6 239 705 291
4. Teremok TV - 4 513 297 185
5. Mister Max - 4 473 217 929
6. Miss Katy - 4 326 983 760
7. Барбоскины (Barboskin) - 4 118 677 472
8. Fixiki - 3 816 756 591
9. ELLO - 3 218 563 378
10. Vlad CrazyShow - 3 074 124 731
Qeyd edək ki, sorğunun nəticələri “CSTB.Telecom & Media 2018” konfransında təqdim edilib. Təhqiqat “Müasir Media İnstitutu” tərəfindən aparılıb.




