Böyük markaların irqçiliklə bağlı qalmaqalları davam edir.
Facemark.az xəbər verir ki, bu dəfə isə “Amazon Uk” kampaniya ilə bağlı paylaşdığı foto, Çin sakinlərinin qəzəbinə səbəb olub.
Ən böyük riteyler tərəfindən irqçilik qalmaqalının yeni dalğası “Amazon”da satışa çıxarılan Çin milli kostyumlarına görə olub. Kostyumu geyinən oğlan məhsulu təhrif edərək təqdim edib və sosial media istifadəçilərinin qəzəbinə səbəb olub. Belə ki, avropa görünüşünə məxsus olan uşaq, gözlərini qıyaraq özünü asiyalılara bənzədib. Məhsulu görən, Çin sakinləri “Amazon”dan fotonu təcili katoloqdan çıxarılmasını tələb ediblər.
“Amazon” Asiyalı istifadəçilər ilə münaqişəyə getmədən, fotonu katoloqdan silib, amma Asiyalıların ünvanına şirkətin rəsmi üzrxahlığı isə çatdırılmayıb.
Qeyd edək ki, bu il “Amazon”un adı irqçiliklə hallanmışdı. Cari ilin yanvar ayında məşhur brend uşaq gödəkçələrinin üzərində, Misir piramidalarının olduğu “Slavery gets shit done” yazılan (Quldarlıq nəticə əldə etməyə kömək olur) məhsulu bazara təqdim etmişdi.
