“Tide” markasının Super Boul idman yarışı üçün hazırladığı reklam çarxı çox iddialı görünür.
Facemark.az xəbər verir ki, “Adweek” yazır ki, brend özünü digər şirkətlərin idman yarışı üçün çəkdiyi reklamların fraqmentinə daxil edib.
“Tide” yeni reklam çarxında digər məşhur brendləri parodiya edir:
“Avtomobil, pivə, dezodorant, bir çox başqa məhsulların üstünlüklərini göstərən reklamda “Tide” peyda olur. Bildirilir ki, “Tide”sız aktyorların təmizliyini təmin etmək mümkün deyil”.
Reklam çarxında göstərilməyə çalışıb ki, “Tide” Super Boul üçün çəkilən bütün reklamları birləşdirməyə çalışıb.
Brendin reklam çarxında “Stranger Things” və başqa məşhur filmlərdə yer alan aktyor Devid Harbor çəkilib. Reklama baxanlar fikirləşir ki, çarxda indi reklam olunacaq məhsulun adı çəkiləcək. Amma tərsinə olur. Devid Harbor həmin anda “Tide”ın adını səsləndirir.
“YouTube” kanalında çarxa baxanların sayı 1,5 milyon nəfəri ötüb.
İdeya və kampaniyanın hazırlanması isə “Saatchi & Saatchi New York” agentliyinə məxsusdur.