ABŞ-ın komediya aktyoru Cim Kerri “Facebook”dakı bütün səhmlərini satacağını açıqlayıb.
Facemark.az xəbər verir ki, o Rusiyanın ABŞ-dakı prezident seçkilərinə təsir etmək üçün istifadə etdiyi reklamlardan mənfəət əldə etdiyini bildirib. O, digər investorlara çağırış edərək deyib ki, siz də bu addımı atın.
Məşhur aktyor deyib ki, şirkət hələ də problemi həll etməklə bağlı addım atmaqdan imtina edir.
Qeyd edək ki, “Facebook” keçən həftə açıqladığı 4-cü rübün hesabatında qeyd etmişdi ki, tarixdə ilk dəfə istifadəçi itirir:
“Facebook”a hər gün aktiv 1,4 milyard istifadəçi daxil olub, bu göstərici bir öncəki ilə görə 14% artıb. Ekspertlər isə deyir ki, bu isə son iki ilin dördüncü rübünə görə, ən aşağı göstərici hesab olunur.
2017-ci ilin 4-cü rübündə istifadəçilərin günlük olaraq platformada keçirdikləri ümumi vaxt da azalma qeydə alınıb. Nəticədə, “Facebook” abunəçilərinin əvvəlki illərlə müqayisədə 50 milyon saat daha az vaxt keçirdib”.
Daha öncə isə sosial platformaların cəmiyyətə zərər verdiyi və insanların əhval ruhiyyəsinə mənfi yönümdə təsir etdiyinə dair xəbərlər yayılmışdı.
Dünyanın ən böyük sosial platformasının ən çətin vəziyyətdə qaldığı an isə Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək üçün “Facebook” reklamlarından istifadə etməsi olmuşdu.