“Son zamanlar tez-tez xarici şirkətlər rus dövlət oqranlarını məhkəməyə verir. Onlar isə mütəmadi olaraq uduzurlar. Bu onlar tərəfindən həyata keçirilən PR aksiyasıdır”.


Facemark.az xəbər verir, bu sözləri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) rəsmisi Yuliya Melano RBK-ya deyib.


O, bildirib ki, “Danone” filialının-Volqoqrad süd zavodunda aşkar edilmiş qanun pozuntuları haqqında idarənin yoxlamaları yekunlaşdıqdan sonra danışacağıq.


Qeyd edək ki, 2017-ci ilin dekabrın sonlarında qurum tərəfindən “Danone”nin Volqoqrad ərazisində istehsal edilən südün içərisində antibiotik maddələrin olduğu aşkarlanmışdı.


“Danone” şirkətinin cavabında isə bildirilmişdi ki, qurum sınaqların seçməsi və südün tədqiqatı zamanı kobud pozuntular buraxıb. Şirkət beləliklə, araşdırmanın nəticələrini qəbul etməkdən imtina etmişdi.


2018-ci il fevralın 17-də isə “Danone” şirkəti idarəni məhkəməyə verib.


Qeyd edək ki, Azərbaycana da “Danone” məhsulları Rusiyadan idxal olunur.