Türkiyəli Gökhen Yücel 15 ildən çoxdur ki, reklam sektorundadır. Qonşu ölkədə uzun illər reklam yazarı və kreativ direktor vəzifələrində çalışıb. Son dövrlər isə özünün Fikr’et adlı reklam agentliyini yaradıb. O, sadəcə reklamçı deyil, eyni zamanda internet fenomenidir. Bu gün onun “Twitter” sosial platforması üzərində izləyicilərinin sayı 27,8 min nəfərdir. Türkiyənin marketinq saytlarından “Bigumigu” internet fenomeni və reklamçı arasındakı fərq və oxşarlıqlar mövzusunda söhbətləşib.
Facemark.az həmin müsahibəni təqdim edir.
- Hansı markalar ilə əməkdaşlıq etmisiniz? Bu markalar ilə əməkdaşlıq etdiyiniz, ya da etmədiyiniz dövrlərdə şəxsi hesabın üzərindən post paylaşmısınızmı?
15+ ildir markalar ilə əməkdaşlıq edirəm. Hazırda konkret say barəsində danışmaq çətindir. Amma şəxsi hesabımdan marka üçün qarşılığında ödəmə aldığım heç bir post paylaşmamışam. Proffessional karyeram ilə sosial media həyatım bir-birinə qarışdırmıram.
- Troll belə olsa, internetdə izləyici sayı çox olan hesabların markalara üstünlüyü, ya da təsiri reklamlara görə necə olur?
Nə şəkildə istifadə etdiyinə bağlıdır. Amma düşünürəm ki, hazırda sosial mediada markalar üçün istifadə edilənlərin 85-90%-i boşa gedir. Təəssüf ki, əsasən bir çox postlar tez bazar hazırlansın, bitsin effekti verir və konseptə uyğun hazırlanmır. Markaların sosial mediada nə zaman necə təqdim edilməsinə dair kifayət qədər Ar-Ge çalışması etmədiyini düşünürəm. Trenddən o tərəfə gedə bilmirlər. Fikirləşirəm ki, bir şeyi hər kəs edirsə, kimsəyə faydası olmur”.
- Hazırladığın layihə üçün influencer istifadə etmisinizmi?
Düzü dəqiq deyə bilməyəcəm. Bəlkə media agentliyi təşkil edib, amma özüm aktiv olaraq “bir influencer” də mütləq olsun deməmişəm.
- Markaya yaradıcı reklam yazarı olmağı, yoxsa, influencer olaraq post paylaşımı etməyə üstünlük verərdiniz?
İkisi də ayrı-ayrı nəsələrdir. Heç vaxt marka üçün influencer olaraq paylaşım etmərəm. Çünki bu tərz paylaşımlar, həmin insanın dəyərini və inandırıcılığını ciddi şəkildə aşağı salır. Əgər belə bir addım atarsansa, bu illər içində qazandığın səmimiyyət xallarını bir gün içində xərcləmək kimi bir şeydir. Digəri isə proffessionalların etdiyi hərəkətdir. Beləliklə, marka üçün reklam yazarı olmağa üstünlük verərdim.
- Türkiyədə reklam agentliklərindən reklamçı üçün hansı gözləntiləri varmı? Əgər gözləntilər yoxdursa, bu yaxşı haldır?
Reklam agentlikləri tərəfindən gözlənti olmur. Məsələn, ən azından mənim çalışdığım yerdə belə deyil. Bəlkə, müştərinin gözləntilərindən söhbət gedə bilər, amma agentliklərdən yox. Mənim müştərilərim çox mədəni insanlardır. Sağ olsunlar “Bizi də paylaş” falan demirlər.
- Hansı daha asandır, internetdə “follow”er sayını artırmaq, yoxsa reklama baxan insanların sayını çoxaltmaq?
Hər zaman birinin arxasında media dəstəyi var. Ona görə də, digər.
- Zarafat etmədən fenomen olmaq çətindir. Amma markalar üçün də zarafatyana paylaşımlar etmək asan deyil. Fenomen olaraq bu mövzuda düşüncələriniz nədir?
Markalar lazım olmadıqca zarafatyana postlar paylaşmamalıdırlar. Sosial media düşünüb, sonra yaza biləcəyin məcradır, yəni həqiqi zamanlı hərəkət etmirsən. Yazırsan, baxırsan, üzərində düşünürsən, sonra kütlələr üçün paylaşırsan. Bu mərhələlər markalar üçün çox yaxşı işlənilməlidir. Əgər yazdığınız çox yaxşıdırsa, onu silməyə ehtiyac yoxdur. Bu gün kimsənin, görəsən filan marka hansı zarafat edəcək gözləntisi yoxdur. Markalar sosial mediada dəvət etmək istəmədiyiniz, amma yenə də bizimlə bir məkana gələn istənilməyən dost kimidir. Yaxşi ki, markalar başa düşdülər ki, hər gün sosial mediada 7 postla olmalıyıq deyə bir anlayış yoxdur.
- İzləyici sayın artıqca, özünə qoyduğun senzuralar olurmu?
Bu gün çalışıram ki, proffessional mövzularda yazılar yazmayım. Yazdıqlarım praktikada tətbiq olunanlar olmur. Daha çox nəzəriyyə üzərində yazıram. Beləliklə, kimisə barmaqla göstərməyimə ehtiyac qalmır.
