Facemark.az reklam sektorunda ən çox istifadə edilən 6 sözdən bəhs etmişdi. Tərtib etdiyimiz siyahıya daha 4-nü də əlavə edərək, TOP10-ğu tamamlayırıq.


TƏMİNAT


Bu söz istehlakçılar üçün təhlükəsizlik deməkdir. Reklamçılıqda təminat şirkət tərəfindən müştəriyə verilən sözdür. Şirkətin verdiyi təminat vədlərindən birini yerinə yetirməsi, onunla müştərilər arasında etibar əlaqələrini yaradacaq. Təminat sözü, eyni zamanda şübhələri aradan qaldırmağın da yollarından biridir.


SAĞLAMLIQ


Bu gün bu söz çox istifadə edilir. Adıçəkilən sözü təkcə fiziki sağlamlıq haqqında danışan zaman işlətmirik. Məsələn, tez-tez maliyyə sağlamlığınızı artırın! sözündən istifadə edirik. Hamımız bilirik ki, maliyyə vəziyyətimizin yaxşı olması, elə sağlamlığın işarələrindən biridir. Yenə də sözü mənfi yönümdə istifadə etmək marka imicinizə ciddi zərər verəcək. Məsələn, KFC sağlam təzə toyuqlar sözünü verərkən bunu etdi və istehlakçıların bu vəziyyətdən xoşu gəlmədi.


NƏTİCƏLƏR


Nəticələr də uğur mənasına gələn kəlmədir. Nəticə kəlməsi çox güclüdür, çünki satış işlərinizi məntiqli etməyinizə kömək olan sözdür. “Nəticə alarsaq, buna dəyər”, “Əgər nəticələri təminat verərsəniz” satışlarınız artacaq. Hamımız bank müdiri, idarə heyətindən, xadimədən belə nəticə istəyirik.


SİZ (Hər zaman bir nömrə olan sözdür)


Bu neçə ildən sonra, hələ də bir nömrə və yaxşı niyyətlə deyilən söz SİZdir. SİZ reklamçılıqda istifadə edilən ən güclü sözdür. Siz müştəriləriniz ilə danışan zaman istifadə edilən sözdür. Çünki danışdığınız kəlimələr birbaşa müştəriyə xitab edəcək. Bunu edən zaman isə müştərinin ən sevdiyi mövzudan bəhs etməyiniz lazımdır.