“Nokia” yeni telefon modelləri ilə bağlı yeni nostalji reklam çarxı çəkib.


Facemark.az xəbər verir ki, markanın “Android One”a daxil olan yeni “Nokia 6” və “Nokia 7 Plus” üçün hazırladığı reklam filmi iki dostun hekayəsindən bəhs edir.


Marka onların dostluğunu, daim ünsiyyətdə olmasını cib telefonları üzərindən təqdim edir.


Belə ki, film məktəbdəki kobud məktəblilərlə başı dərdə ola uşağın “Nokia 3310” vasitəsilə dostunu köməyə çağırması ilə başlayır. Reklam çarxının davamında isə biz toy, ayrılıq, ad günü kimi həyatın vacib anlarında iki nəfər dostun bir telefon qədər yaxın olduqları anlara şahid oluruq.


Filmin sonunda isə “Nokia” istifadəçilərinə belə bir məzmunda mesaj ötürür. “Bir-birinizə güvəndiyiniz zaman, etibar edəcəyiniz telefona da ehtiyacınız var”.


Qeyd edək ki, “Nokia”nın yeni reklam çarxını “Mother” reklam agentliyi ərsəyə gətirib. Filmin rejissoru Justin Chadwick, istehsalçı isə “Tomboy Films”dir.


Xatırladaq ki, Dünya Mobil Konqresində (World Mobile Congress- WMC) fevralın 26-da “Nokia” Android əməliyyat sistemini dəstəkləyən daha 4 yeni “ağıllı telefon”nunu təqdim edib.


“Nokia 8 Sirocco”, “Nokia 7 Plus”, yeni “Nokia 6” və “Nokia 1”. “Nokia” markasına yeni Android əməliyyat sistemini dəstəkləyən, “ağıllı” telefonlardan başqa, ikonik “Nokia 8110” yenilənmiş versiyası nümayiş olunub.


Yenilənmiş cihaz 4G-ni dəstəkləyir. “Google Assistant”, “Google Maps”, “Google Search”, “Facebook” ve “Twitter” kimi tətbiqləri asanlıqla yükləmək olur. 8110 sürüşkən qapağı ilə də diqqət çəkir.



Mənbə: mediacatonline