“Huawei” məşhur supermodel Helena Kristensenin “Instagram”da postunda sonra, onunla əməkdaşlığa başladığını təsdiq edib.
Facemark.az xəbər verir ki, yeni əməkdaşlıq haqqında xəbər supermodelin pərəstişkarlarının marağına səbəb olub.
Dünyanın moda paytaxtı olan Parisdə çəkilən fotoşəkil onun şirkətlə qarşılıqlı əlaqəsini və yeni “Huawei P20” smartfonunun bazara təqdim edilməsi üçün tizer rolunu oynayıb.
Qeyd edək ki, Helenanın beynəlxalq şöhrəti supermodel karyerası ilə çərçivəyə alınmayıb. O, “Chanel”, “Versace” ve “Hermes” kimi məşhur modo evləri ilə birlikdə əməkdaşlıq edir. Modelin fotolarının çəkilməsi də ona əlavə şöhrət qazandırıb.
Xatırladaq ki, “Huawei” müştərilərin ürəyinə müxtəlif yollarla ələ almaq istəyən beynəxalq brendlərdən biridir. Model ilə əməkdaşlıq da ona sübutdur ki, şirkət öz məhsullarının keyfiyyət və premiumunu bir daha müştərilərinə xatırlatmaqda maraqlıdır.
Əməkdaşlığın detalları isə mart ayının sonunda, dünya miqyasında təşkil ediləcək təqdimatla insanlara çatdırılacaq.
Mənbə: advertology.ru
