“Coca-Cola Hellenic Bottling Company” (CCHBC) Rusiyada italyan “Gruppo Campari”nin alkoqollu içkilərini satacaq.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar hələ ki, “Campari”nin iki məhsulundan – “Vermut Cinzano”, “Aperitif Aperol”dan gedir.


Rusiyada “Coca-Coca ilə Gruppo Campari”nin əməkdaşlığı 2017-ci ildə pilot layihəsi üzərində başlayıb, daha sonra isə şirkətlər arasında əməkdaşlıq daimi müqaviləyə keçib.


İndi isə “Coca-Cola Hellenic Bottling Company” Rusiya Federasiyasının bir çox regionlarına italyan kompaniyasının məhsullarını ayrı kanallar vasitəsi ilə çatdırır.


Mənbənin sözlərinə görə, gələcəkdə kompaniyanın bütün məhsulları Rusiyanın bütün regionları üzrə satışlar həyata keçiriləcək.


Qeyd edək ki, daha əvvəl “Coca-Coca” şirkətindən bildirmişdilər ki, şirkət tarixində ilk dəfə alkoqollu içkilər istehsal ediləcək. İlkin bazar isə Yaponiya olacaq.