“McDonald′s” restoranlarını dünyanın bütün çimərliklərində tapmaq demək olar ki, çox asandır. Biz sahilboyu yerləşən restoranlardan danışmırıq.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, “McDonald's” özünün yay kampaniyası üçün əfsanəvi loqonu qeyri-adi formada insanlara çatdırıb.
“Go Full summer” adlı reklam kampaniyası “DDB Sydney” reklam agentliyi ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib.
Yay kampaniyası üçün hazırlanmış fotoda ilk baxışda məşhur fast-fooda aid olan heç bir işarəyə rast gəlmək olmur. Nə qədər qəribə səslənsə də, restoranlar şəbəkəsinin yeni reklam kampaniyası üçün hazırlanmış fotoda bir cüt istidən yanmış ayaqlar təsvir edilib.
Ayaqların günəşdən yanmamış hissələri “McDonald′s”un məşhur loqosunu əks etdirir. Şirkətə təşəkkür düşür ki, nə formada təqdim edilməsindən asılı olmayaraq, onun loqosunu bütün dünyada tanıyırlar.
