Məşhur idman malları tədarükçüsü “Nike” və yapon istehsalçısı və riteyleri “atmos” ilə əməkdaşlığı nəticəsində krassovkaların yeni seriyasını elan edib.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə brendin “YouTube” platformasında informasiya verilib.


Air Max atmos Animal Pack məhsullarının görünüşü idman ayaqqabısınıdan daha çox, vəhşi təbiət və ya milli parkda parlaq görüntünü xatırladır. Yeni kolleksiyanın buraxılışı 26 martda təşkil ediləcək “Air Max Day 2018 “ə təsadüf edəcək. Amma satışlar isə cari ilin 17 martından başlayacaq.


Qeyd edək ki, “Nike” və “atmos”un əməkdaşlığı 2001-ci ilə dayanır. İki şirkətin əməkdaşlığı nəticəsində 2006-cı ildə məhsulların üzərində təbiəti əks etdirən kolleksiya ərsəyə gətirilmişdi. Amma 2018-ci ildə isə idman ayaqqabısının üzərinə bir sıra yeni təsvirlər əlavə ediləcək.


“Atmos”un kreativ direktoru Xirofumi Kodzima çarxda yeni kolleksiyanın dizaynının necə ərsəyə gətirilməsindən danışır. Daha ətraflı videoda: