Facemark.az xəbər verir ki, “Bright Side” IKEA-nın unulmaz 8 reklam kampaniyasını bir araya gətirib.


- Sevgililər gününə məxsus hazırlanmış pulsuz körpə yatağı hədiyyə



2013-cü ilin “Sevgililər Gün”ündə IKEA Avstraliya, uşaq sahibi olmağı planlaşdıran cütlüklərə pulsuz körpə yatağı almağı fürsəti verib. Bunun üçün markanın bircə şərti var idi: Körpə 14 noyabr 2013 tarixində dünyaya gəlməli idi, yəni “Sevgililər Gün”ündən 9 ay sonra.


- Eyni zamanda hamiləlik testi olan jurnal reklamı



IKEA İsveçdə yayımladığı jurnal reklamında, eyni zamanda hamiləlik testinə də yer verdi. Hamiləlik testini edib, nəticəsi pozitiv olanlara isə reklamı edilən körpə yatağına təxminən 50%-lik endirim fürsəti verildi.


- Metrik kataloq



IKEA daha öncə katoloquna metrə yapışdırdı. Bu həmlə ilə brend satışlarını bir öncəki ilə ilə müqayisədə 13,5% həcmində artırdı. Belə ki, satışlar planlaşdırılan satış hədəfinin təxminən 11% üzərində idi.


- “Apple” məhsullarını zarafata qoyan 2015-ci il katoloq reklamı


IKEA Sinqapur 2014-cü ildə 2015-ci il katoloqunu tanıdan reklam yayımladı. Ancaq bu reklam çarxı parodiyadan ibarət idi. Yumoristik şəkildə hazırlanan və katoloqa “BookBook” adını verdiyi reklamda açıq şəkildə “Apple” məhsulları zarafata salınırdı. Reklam viral halına gəldi. Bu günədək “YouTube”da 18 milyondan çox baxış sayı yığmağı bacardı.



- "Game Of Thrones” pərəstişkarlarına xitab edən tualet reklamı



İsveç şirkəti “Game of Thrones” pərəstişkarlarına diqqətini unitazlara çəkmək üçün şəhanə üsul tapır. Artıq bu da unitaz satışlarının artımına səbəb olmursa, nə olur onda?


- Sirmə görünüşü verən eyvanlar



Açıq hava reklamları demək, sadəcə reklam bilbordlarında yer alan sıradan reklamlar demək deyil. Reklamçılığın hər sahəsində olduğu kimi, bu sahədə də yaradıcı reklamlar ön plana çıxır. Məsələn, eyvanlara sirmə görünüşü verilən bu IKEA reklamları kimi.


- Paris metrosunda IKEA kresloları



Parisdə yaşayanların IKEA mağazalarına getmədən IKEA rahatlığını yaşaya bilməsi üçün Parisdəki bu metroya IKEA markalı kreslolar yerləşdirilib.


- Yaponiyada dekorasiya edilmiş IKEA qatarı



IKEA Yaponiyada mağazasının açılışını etmək üçün qatarlardan birini özünəməxsus şəkildə dekorasiya edib.


Mənbə: Pazarlamasyon