Son 50 ilin ilham verən ingilis kosmik alim, fizika üzrə proffessor və yazar Stiven Hokinq 76 yaşında vəfat edib.


Facemark.az xəbər verir ki, Albert Eynşteyndən sonra dünyada ən böyük dahi olaraq qəbul edilən Hokinq, keçən il BBC-yə verdiyi reportajda 75 yaşına qədər yaşayacağını heç vaxt düşünmədiyini, təcrübələrini insanlarla bölüşə bildiyi üçün özünü şanslı hissetdiyini demişdi.


O, 1960-cı illərin əvvəlində, hələ 21 yaşı olan zaman müalicəsi olmayan “Amyotrofik lateral skleroz” (ALS) xəstəliyinə düçar olmuşdu.


Xəstəlik zamanla beyin neyronlarının 80%-ni öldürərək sinir sistemini iflic vəziyyətinə salırdı. Ancaq xəstəlik, ya xoşbəxtlikdən, ya da bəxbəxtlikdən beynin zehni fəaliyyətinə toxunmamışdı. Nəticədə, Hokinq ömrünün çox hissəsini əlil arabasında keçirməyə məhkum olmuşdu. O, 1985-ci ildən bu yana səsini də itirmişdi. Əlil arabasına məhkum olan alimin yazıları səsə çevrilə bilən kompüteri vasitəsilə insanlara çatdırılırdı.


1979-cu ildə ona İssak Nyuton kimi şəxslərə verilən “Lucasian Proffessor”u mükafatına layiq görülmüşdü.


1988-ci ildə isə onun “Zamanın Qısa Tarixi” kitabı nəşr edilmiş, dünya miqyasında məşhurluğa çatmışdı. “Sunday Times”in ən çox satanlar siyahısında yer alan kitab bugünə qədər 40-dan çox dilə tərcümə edilib və 10 milyona yaxın satılıb. Onun həyatı 2012-ci ildə çəkilən Oskar mükafatına namizəd “Hər şeyin teorimi” adlı filmdə canlandırılmışdı.


Hokinq son dövrlər tez-tez bəşəriyyətin gedişatı ilə bağlı xəbərdarlıqlar edirdi. O, insanlara deyirdi ki, onlar 100 il içində dünyanı tərk etməli və fərqli dünyalarda koloniyalar qurmalıdırlar. Onun fikrincə, insanlar başqa planetlərdə koloniyalar qurmazlarsa, sağ qalmayacaqlar.