“Samsung” yeni reklam kampaniyasına start verib. Yeni kampaniya “Do What You Can't” (Mümkün olanın çərçivəsindən kənara çıxın!) sloqanı altında keçir.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, kampaniya markanın fəlsəfəsini açan videoçarxlardan və qısametrajlı filmlərdən ibarətdir.
İnsanın imkanlarının sonsuzluğunun ideası “Do What You Can't” ana şüarını təşkil edi. “Manifest” və “Human Nature” reklam çarxları “Leo Burnett Moscow” reklam agentliyi ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirilmişdi.
“Do What You Can't”in kampaniyasının əsas videoçarxı “Manifest” hesab olunur. Həmin reklam çarxında göstərilir ki, “Samung” innovasiya texnologiyalarından istifadə ilə istifadəçilərin gündəlik həyatını dəyişdirir.
Əşyaların internetinin ekosisteminə qoşulmuş qurğuları bir çox məsələnin qərarını sadələşdirməyə icazə verir.Siz hətta mobil qurğulardan məişət texnikasını ofisdən idarə edə biləcəksiniz.Hətta, “Samsung Galaxy” smartfonun köməyi ilə siz real zaman rejimində dostlarınız ilə əlaqə qura bilərsiniz. Pultun düyməsinə basmaqla siz, “The Frame” televizorunu incəsənət əsərinə çevirə bilərsiniz.
Corabın biri həmişə itir? Təəssüflənməyə dəyməz. “Samsung” mühəndisləri corabın yuyulması zamanı, onu paltaryuyan maşına əlavə etməyin düzgün yolunu tapıblar.
Brendin yeni kampaniyası üçün hazırlanmış digər videoçarxlarını aşağıdan izləyə bilərsiniz.