13 mart xeyirxah samaritan (qədim etnik qrupun nümayəndəsi) günü kimi qeyd edilir. Bayramın mənbəyi İncildə adı keçən məşhur hekayə ilə bağlıdır. Belə ki, samaritan yol kənarında ölməkdə olan tanımadığı birinə kömək edib. Samaritan termini nitqdə bədbəxtliyə düşmüş insana təmənnasız kömək haqqında danışanda tez-tez istifadə edilir.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, “Burger King”in komandası Vaskes-Kanyon istiqamətində yola düşüb və orada yol kənarında avtomobilin alışmasını təşkil edib.
Əlbəttə, bu sadəcə qurma idi. “Burger King” öyrənmək istəyirdi ki, amerikalılar çarəsiz vəziyyətdə olan başqalarının həyatına kömək üçün nə qədər həssaslıq göstərəcəklər. Yardım əlini uzadan insanlar isə qəribə mənzərə ilə rastlaşıblar. Belə ki, “Burger King” onlara “qril” olunmuş ənənəvi burger hədiyyə edib.
Təbii ki, şirkətin bu kampaniyası da qalmaqalsız keçmədi. Şəbəkənin istifadəçiləri brendi plagiatlıqda ittiham edib. Belə ki, oxşar reklam kampaniyasını “BBQ Quebec” daha əvvəl etmişdi. Marka yolda köməksiz qalan şəxsə kömək edənlərə kabab qonaqlığına dəvət edirdi. “Bu təsadüfidir. Bu onu göstərir ki, yaxşı idealar hər kəsin ağlına gələ bilər. Bu kampaniya markanın və onun dəyərinin insanlara çatdırılması üçün hazırlanmışdı”, - deyə “Burger King” rəsmiləri deyib.
Burger Kingin kampaniyası
BBQ Quebecin kampaniyası