“Çiftlik Bank”ın təsisçisi, 27 yaşlı Mehmet Aydın və qardaşı Fatih Aydın minlərlə insanı aldadaraq Türkiyədən qaçıb.


Facemark.az xəbər verir ki, Mehmet Aydının həyat yoldaşı Sıla Aydının sözlərinə görə, o, milyonlarla manat pulu mənimsəyib, Dubaya, ordan da Uruqvaya qaçıb.


Dövlət tərəfindən aparılan araşdırmalara görə, “Çiftlik Bank”dakı pulların bir qismi Sıla Aydının (təxminən 1,7 milyon lirə -750 min manat-red.) hesabına transfer edilib. Daha 6 milyon TL (təxminən 3 milyon manat-red.) isə şirkətlə əlaqəsi olmayana üçüncü bir nəfərin hesabına köçürülüb. Aparılan araşdırmalara görə, M.Aydinin şəxsi hesablarında 22,6 milyon lirə (təxminən 10 milyon manat-red.) olub.


Qeyd edək ki, 27 yaşlı biznesmen əslən Türkiyənin Bursa şəhərindəndirlər. Qardaşların ata və anası hələ də adıçəkilən şəhərdə yaşayırlar.


Mehmet Aydın proqram təminatçısıdır. O, gündəlik ehtiyaclarını qarşılamaq üçün arıçılıqla məşğul olurdu. Daha sonra isə “Çiftlik Bank”ı təsis etmişdi. Biznesmen ilkin mərhələdə “Çiftlik Bank”ı oyun olaraq hazırlamışdı. M.Aydın insanlardan topladığı pulla 4-5 ay sonra 250 baş heyvandan ibarət olan fermasını Bursa- İnegöldə açmışdı.


Son məlumatlara görə, Mehmet Aydın Uruqvayın ən prestijli yerlərinin birindən lüks mənzil alıb.


Mənbə: mynet.com