Rusiyada kinoteatrlara gedən yetkin insanların yaşı 35-dən başlayır. Amma kinoteatrlara gedən 14-34 yaş arası insanların sayı isə azalmaqdadır.
Facemark.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Kino Fond”unun tədqiqatında deyilir.
Tədqiqata görə, kinoteatra gələn tamaşaçıların sayı 25-34 yaşdan başlayır ki, bu da ümumi auditoriyanın 31%-ni təşkil edir. Fondun məlumatına əsasən, 2017-ci ildə isə bu kateqoriya üzrə auditoriyanın faizi 33 olub.
18-24 yaş arası tamaşaçıların sayı isə bir ildə 27%-dən 24%-dək azalıb. Həmçinin, 14-17 yaş arası yeniyetmələrin faizi 15%-dən 13%-ə dək enib.
Kinoteatra gedən yetkin insanların sayı isə artmaqdadır. Belə ki, hesabata, əsasən 35-55 yaş arası tamaşaçıların sayı bir ildə 15%-dən 20%-dək artıb. 45-59 yaş arası tamaşaçıların sayı isə 9%-dən 10%-dək, 60 yaş üzərində olan tamaşaçıların sayı isə 2%-dən 3%-dək çoxalıb. Kino tamaşaçıları arasında qadınların çoxluq təşkil edir 57%. 35% insan kinoteatra cütlük halında gəlirlər, 29%-i ailəsi və ya uşaqları ilə, 25%-isə dostları ilə gəlirlər. Kinoya gələn rus tamaşaçısının orta gəliri isə ayda 46,400 rubl (1400- manat-red.) təşkil edir. Orta hesabla ruslar kinoya ildə ən çoxu 15 dəfə gedirlər.
“Kino Fond”u tərəfindən təşkil edilən sorğu 2017-ci ilin dekabrından 2018-ci ilin fevral ayınadək aparılıb. Sorğu ümumilikdə 12 ən böyük şəhərdə, 8,4 min insan arasında keçirilib.