Çin şirkəti “Huawei” yeni telefon modelləri olan P20 və P20 Pro-nu əsas rəqibləri olan “Samsung” və “Apple”i ələ salaraq reklam edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Apple” və “Samsung”dan sonra üçüncü telefon istehsalçısı olan markanın bu kampaniyası isə yeni modellərin təqdimatı ərəfəsində baş verib.
Belə ki, yük maşınlarının üzərində markanın yeni kameralı telefonlarının tarixçəsini yazan bannerlər yerləşdirilib. Bannerlərin üzərində isə Gözlə (wait), Hövsələli ol (be patient), renesans yaxınlaşır sözləri diqqət cəlb edir. Orjinalda BE PATİENT, WAİT sözlərində Aİ hərfləri qırmızılar ilə digərlərindən ayrılıb. Bununla da qalmayan marka yük maşınlarını Londonda rəqiblərin mağazalarının qarşısında parkinq edib.
Həmçinin, binanın qarşısındakı səkidə isə tekstlə qrafit həkk edilmişdi. Orda isə yazılır. The Renaissance is coming (Renessans yaxınlaşır) Yeni modellərin rəsmi təqdimatı tarixi qeyd edilib. 27 mart 2018-ci il.
Qeyd edək ki, markanın yeni flaqmanları qabaqcıl kameralar ilə, standard model isə ikiqat modulla təchiz ediləcək.

