Dünyanın ən böyük idman geyimləri və ayaqqabılar istehsalçısı “Nike” rəqəmsallığa doğru gedir.


Facemark.az xəbər verir ki, “Quartez” “Nike”ın icraçı direktoru Mark Parkerin sözlərinə istinadən yazır ki, şirkət bu addımı ilə müştərilərinə daha yaxın olmağı hədəfləyir.


Kompaniya yeni strategiya ilə fərdiləşməyə doğru gedir. Belə ki, bununla “Nike” milyonlarla müştərisi haqqında fərdi informasiyalar alacaq ki, onlara daha yaxşı məhsulunu təqdim edə bilsin. Bunun üçün “Nike” şəxsi məlumatların toplanması və analizi ilə məşğul olan “Zodiac” şirkətini alıb. Şirkətlər artıq müştərilərin istehlak davranışını öyrənmək üçün bir neçə aydır ki, əməkdaşlıq etməkdədirlər.



Öncə, kompaniya sadiq müştəriləri-mağaza veb saytı ziyarətçilərindən 3 dəfə çox alış-veri edən sədaqət proqramı istifadəçiləri və mobil tətbiqdən istifadə edən müştərilərinə fokuslanıb. Şirkət gələcəkdə planlaşdırır ki, müştəriləri analiz etməyin imkanlarından istifadə edərək, bütün dünya üzrə onlara zövqlərinə uyğun ən yaxşılarını təqdim edə bilsin.


Bundan əlavə, şirkət dekabr ayında bir çox ölkədə əlçatan olan SNKRS tətbiqini aktivləşdirdi. “Nike” bu tətbiqin daha yaxşı olması üzərində daim çalışır. Tətbiqə qoşulmuş müştərilər mağazaya daxil olan zaman tanınır. Bununla da şirkət həmin müştəriyə uyğun ən yaxşı məhsulu ona təqdim edir. Müştəri mağazada asanlıqla onun bəyəndiyi ayaqqabı və geyimi tapa bilər. Həmçinin, ödənişi onlayn qaydada ödəyə bilər ki, bu da onun kassa önündə uzun növbələr gözlənməsinin qarşısını alır.