Dünən, martın 27-də “Playboy Enterprises” şirkəti açıqladı ki, onlar “Facebook” da səhifələrini deaktiv ediblər.


Facemark.az xəbər verir ki, “The Verge” yazır ki, şirkətin açıqlamasına görə, onların platformada nə az nə çox, düz 25 milyon nəfərdən çox izləyicisi olub.


Şirkətin bu addımı isə #DeleteFacebook kampaniyası çərçivəsində atılıb. Adıçəkilən kampaniya isə “Cambridge Analytica” qalmaqalından sonra yaranmışdı.


Şirkətin kreativ direktoru Kuper Xefner “Twitter” platforması üzərindən deyib ki, “Facebook”un kontent ilə bağlı qaydaları və korporativ siyasəti şirkətimizin dəyərlərinə zidd olmaqda davam edir”. “Hollywoodreporter” isə qeyd edir ki, “Cambridge Analytica” qalmaqalı sonuncu daşan damla oldu. Daha əvvəllər “Playboy”da çılpaq insanların şəkillərinin yayılması, “Facebook” platformasında problemlərə səbəb olurdu.


Qeyd edək ki, daha əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin “Facebook” hesabı silinmişdi. Amma adıçəkilən şirkətlər də daxil olmaqla, “Playboy Enterprises” şirkətinin “Instagram” (“Facebook” şirkətinə daxildir – red.) səhifəsi aktiv qalmaqda davam edir.