“PepsiCo” enerjili insanlar üçün fərdiləşdirilmiş “Drinkfinity” içkisini istehsal edib. Sloqan “Soy, Sıx və silkələ” (Peel, Pop and Shake-ı) içkinin hazırlanma üsulunu əks etdirir. Drinkfinity şirkətin daxilində yenidən doğulmuş startap adlandırmaq olar.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni startapın ərsəyə gəlməsində “PepsiCo”nun Latın Amerikasından olan əməkdaşları məşğul olublar.
Buna görə də yeni məhsul əvvəlcə Brazilyada yoxlanılıb. Yeni içkinin ərsəyə gəlməsində ilham verən şəxslər isə “PepsiCo Latin America Beverages”in rəhbəri Luis Montoyyunu, Latın Amerikasında innovasiyalar üçün cavabdeh olan Ernana Mariya olub. Pilot layihə 2014-cü ildə başlanılıb, amma şirkət indi çalışır ki, onu başqa bazarlara çıxartsın.
İstehsalçılar əmin edir ki, “Drinkfinity”nin istehsalı zamanı əlavə dadlandırıcılardan istifadə edilməyib, kapsullar isə özündə C və E vitaminlərini ehtiva edir. Bir içkidə kalori dəyəri isə 30-80 arasında dəyişir, içki 12 müxtəlif dadda təqdim ediləcək.
İçkinin qiyməti isə 20 dollar olacaq, amma onunla birlikdə təqdim edilən 4 kapsul isə 5 dollardan 6 dollara qədər qiymətdə satılacaq.

