Fransanın “Renault SA” və Yaponiyanın “Nissan Motor Corporation” şirkəti birləşmə və yeni avtoistehsalçının yaradılması haqqında danışıqlar aparır.
Facemark.az xəbər verir ki, bu barədə Bloomberg şəxsi mənbələrə istinadən yazır.
Hazırda isə “Renault” adıçəkilən yapon avtomobil istehsalçı şirkətinin 43% səhminə sahibdir. “Nissan” isə “Renault” da 15% səhmə sahibdir.
Avtokonsernlər 1999-cu ildən uğurla əməkdaşlıq edirlər. Birgə ittifaq nəticəsində satışlar 2017-ci ildə 10,6 milyon avtomobil təşkil edib. Bu gün isə onlar ümumi səhmlərlə bir şirkətin yaradılmasını imkanlarını müzakirə edirlər.
Şirkətlər bu addımı ona görə atır ki, gələcəkdə digər nəhəng avtomobil istehsalçıları ilə rəqabət apara bilsinlər. Güman edilir ki, yeni kompaniya Yaponiya və Fransada qərargahlarını saxlayacaq.
Hər iki markanın direktorlar şurasının sədri isə Karlos Qondur. Ehtimal olunur ki, birləşdirilmiş şirkətə məhz o başçılıq edəcək. Əgər tərəflər arasında danışıqlar baş tutarsa, “Renault”da 15% səhmə sahib olan Fransa hökuməti və Yaponiya hökumətinin razılığını almaq lazım olacaq.