Biznesmen, İlon Maskın sahib olduğu elektrik mühərrikli nəqliyyat istehsalçısı “Tesla” bəlkə də öhdəsindən gələ bilməyəcəyi çətin günlərini yaşayır. Bəziləri isə düşünür ki, şirkət artıq iflasın astanasındadır.
“Model 3” istehsalında yaşanan sıxıntılar səbəbindən çatdırılmada yaşanan gecikmələr ilə başlayan çətin dövrlər, sürücü ölümü ilə nəticələnən qəza, “Citigroup” və “Vilas fon” rəhbərliyinin şirkətlə bağlı pessimist proqnozları, Moody’s’in şirkətin proqnozunu aşağı salması ilə davam edib.
Son olaraq isə “Tesla” “Model S” nəqliyyat vasitələrinin bir qismini texniki problemlər ilə bağlı geri çağırmaq məcburiyyətində qalıb.
Facemark.az xəbər verir ki, “Wall Street Journal” jurnalı yazır ki, “Tesla” 2016-cı ilin aprelindən öncə istehsal edilən 123 min “Model S sedan” nəqliyyat vasitələrini soyuq hava şəraitində sükan sistemində yaranan eroziya ilə bağlı olaraq geri çağırmaq məcburiyyətində qalıb.
Müştərilərinə məsələ ilə bağlı açıqlama göndərən şirkət, geri çağrılan avtomobillərdə lazım olan hissənin dəyişdiriləcəyi vədini də verib.
Texniki problem ilk dəfə Kanadada müşahidə edilmişdi
İlk olaraq “Montréal” servis mərkəzinin problemi müşahidə edib. Servis mərkəzinin əməkdaşlarının fikrincə, texniki problem soyuq hava şəraitində yolların buzlanmasının qarşısını almaq üçün yollara tökülən kalsium və maqnezium ilə bağlı olub.
Daha sonra isə adıçəkilən problemin aşağı sürətdə sükanın çevrilməsini və paralel parkı gücləndirdiyi, ancaq yüksək sürətdə isə sükan sistemində heç bir problemin yaşanmadığı müşahidə edilib.
Xatırladaq ki, şirkətin avtomobillərin geri çağrılması haqqında xəbərindən sonra, “Tesla”nın “New York” hərracında səhmlərinin dəyəri 4% aşağı düşüb. Ötən il 280 min avtomobil satan “Tesla”, eyni il içində əl əyləcində problemdən dolayı 3 min “Model S” və “Model X” nəqliyyat vasitəsini, 2015-ci ildə isə təhlükəsizlik kəmərində müşahidə edilən problemdən dolayı 90 min “Model S” nəqliyyat vasitəsini geri çağırmışdı.
Mənbə: digitalage.com