Reklam şəbəkəsi “AMA Havas” fransız konsultant şirkəti olan “Blockchain Partner” ilə birgə “Havas Blockchain” adlı layihəni ərsəyə gətirəcəklər.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kompaniya biznes texnologiyaların, kommunikasiya və blokçeyn ilə işləyən investorların dəstəyinə fokuslanacaq.
“Havas Blockchain” layihəsinə isə Havasın Paris bölməsinin konsultantı Faben Aufrexter başçılıq edəcək. Layihə sadəcə investor cəmiyyətlərinin kriptovalyuta ilə dəstəklənməsi məqsədi ilə yaradılır.
Faben Aufrexter layihə ilə bağlı deyib ki, “Gəlin dürüst olaq Ethereumun yaradıcısı özü dedi ki, adıçəkilən kriptovalyuta 90% ICO uğursuzluğa dözəcək. Ona görə də, idea ona bazara 10%-lə də olsa uğurla daxil olmaq üçün hesablanıb”.
O, deyib ki, “Havas” ildə 7 müştəri qəbul etməyə maraqlı deyil: “Kompaniya kəmiyyətə deyil, keyfiyyətə fokuslanıb”. Layihə ödənişləri həm nağd, həm də tokenlə (rəqəmsal kuponlar) qəbul edəcək. “Havas Blockchain”in açılışı 2018-ci ilin mayında baş tutacaq.
Layihənin birinci müştərisi isə korporasiya və freelancerləri birləşdirən “Talao” platforması olacaq. “Havas”ın qlobal PR şəbəkəsi qeyd edir ki, kompaniya Rusiya, Asiya, Yaponiya, Sinqapur, Koreyada bağlanan müqavilələri dəstəkləyəcək.