İsveçrə və İtaliya hüquq mühafizə orqanları həftə sonundan bəri Alp dağlarında itkin düşən Almaniyalı milyarder Karl-Erivan Haub axtarışındadır.
Facemark.az xəbər verir ki, Tengelmann supermarketlər şəbəkəsinin varisi olan biznesmen ötən şənbə günündən bəri Matterhorn yaxınlığında çıxdığı xizək gəzintisindən qayıtmayıb.
Çərşəbə günü “Tengelmann”dan edilən açıqlamaya görə, Haub axtarışı üçün bütün güclər səfərbər edilib.
58 yaxşı milyarder 2000-ci ildən bəri idarəetdiyi biznesi-supermarketlər şəbəkəsini Almaniya və Orta Avropada genişləndirə bilib.
Ailəsi pis xəbər üçün hazırlıqlıdır: “Almaniya mediasına danışan biznesmenin qardaşı Kristian Haub deyib ki, Karl-Eerivan xizək sürməkdə mahidir və çox yaxşı alpinistdir. Qəzet Almaniyanın ən zənginlərindən biri olan Haubun ailəsinin pis xəbər üçün hazırlıqlı olduğunu da yazıb.