Mayda Moskvada yerləşən “Aviapark” ticarət mərkəzində IKEA-nın ilk kompakt mağazası açılacaq.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sokol rayonunun “Facebook” üzərindən paylaşdığı informasiyada bildirilib.
Bu informasiyanı, həmçinin IKEA-nın Rusiya filalı üzrə rəsmiləri təsdiq edib. Aviaparkın direktoru Mixail Sverdlov isə yerli mətbuta kompaniyanın yeni ticarət nöqtəsini açmağı barəsindəki planlarından danışıb:
“Rusiyada belə mağaza pilot rejimində açılır. İcarə razılaşmasının sona çatmasından sonra, kompaniya belə mağazaların davamlı olaraq açılması haqqında qərar qəbul edəcək”.
Mağazada müştərilər təkcə mebel deyil, digər mallar üzrə də sifarişlər edə bilərlər.
Qeyd edək ki, hazırda Rusiyada IKEA-nın 14 alış-veriş mərkəzi mövzuddur. Lakin həmin mərkəzlərin hamısı Moskva avtomobil dairəvi yolunun xaricində yerləşir.