Sizcə, “Burger King” ötən gün bəlkə də bütün dünyada müzakirə olunan mövzudan yan keçə bilərdimi? Bəli deyənlər sadəlövlük edərdilər. Beləliklə, “Burger King” yeni “VopperQram” xidmətini hazırlayıb.


Yadınızdadırsa, ötən həftə Moskvanın Taqanski məhkəməsi ölkə ərazisində “Telegram” messengerinin fəaliyyətinə qadağa qoymuşdu. Buna səbəb isə Pavel Durovun şifərlənmənin açarlarını Roskomnadzora (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidməti) verməkdən imtina etməsi olmuşdu. “Burger King” “Telegram” rəhbərliyinə yeni təklif edib.


“Burger King”in Rusiya nümayəndəliyi Pavel Durova aşağıdakı məzmunda məktub yollayıb:


“Burger King” Rusiya ictimai məsuliyyətini dərk edən dünya markasıdır. Biz rus gənclərinin ağrısını hiss edirik. Rus gəncləri öz gözləri ilə gördülər ki, onların sevimli tətbiqlərinə giriş necə məhdudlaşdırıldı. Qanun qanundur. Biz “Telegram” ilə bağlı problemləri öncədən təxmin edirdik. Elə buna görə də, 2017-ci ilin oktyabrından başlayaraq, bağlanan messengeri “VopperQram”ı almaq üçün xidmət hazırladıq.


Siz “Burger King”in əlavəsinə daxil olacaqsınız. Daha sonra “VopperQram” düyməsinə basmalı olacaqsınız. Növbəti mərhələdə isə “Telegram” da istifadə etdiyiniz parolları daxil edirsiniz. Əvvəlki kimi dostlarınızla ünsiyyət saxlayırsınız. Xeyirli bir iş üçün sizin icazəsinizi istəyirik. “Telegram”la yaşa!”.


Rəsmi məktubu oxumaq üçün linkə keçid edə bilərsiniz.