Özünü Prosox və Kuroish adlandıran haker qruplaşması “YouTube”da VEVO musiqi kanalına hücum edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BBC yazır ki, hakerlər Puerto-Rika ifaçılarının (Luis Fonsi və Daddy Yankee) "Despacito" mahnısının klipini dəyişdirib.
Yeni çarxda qırmızı kostyum və maskalarda, əlində tapança və avtomotik silahlı insanlar təsvir edilib. Çarxdakı təsvirdə isə “Fələstini Azad Edin!” sözləri yazılıb.
Bundan başqa, haker qruplaşması kanalda Şakira, Taylor Swift, Selena Gomez və Drake kimi sənətçilərin populyar kliplərinin adları və çıxışları dəyişdirib. Bəzi hallarda isə onlar kliplərin üz qapaqlarında olan şəkilləri də başqası ilə əvəz edib. “YouTube” da VEVO kanalına hücum edildiyi güman edilən hakerlərdən biri “Twitter”də yazıb ki, bunu sadəcə zarafat üçün edib: “Mən sadəcə musiqi videosunun adlarını dəyişdirən musiqi skriptlərindən istifadə etmişəm. Məni mühakimə etməyin, mən “YouTube”u sevirəm”, - deyə o sözlərinə əlavə edib.
Qeyd edək ki, platforma tərəfindən musiqi yenidən əvvəlki versiyasına qayıdıb.