Keçən həftə ABŞ-ın Pensilvaniya əyalətinin Filadelfiya kəndində iki nəfər zənci adam Amerikan qəhvə korporasiyası “Starbucks”a gələrək üçüncü dostlarını gözləməyə başlayıblar. Yanlarına gələn mağaza müdiri isə onlara “Ya sifari verin, ya da çölə çıxın!” xəbərdarlığını edib.


Facemark.az xəbər verir ki, müştərilər sifarişi dostları gələndən sonra verəcəklərini bildirməyib və üstəgəl də mağaza müdirinin çölə çıxmaq xəbərdarlığını rədd ediblər. Nəticədə mağaza müdiri polis çağırıb, müştərilərini “şəxsi mülkə icazəsiz daxil olmaq” ittihamı ilə nəzarətə götürülməsini təmin edib.


15 dəqiqədən sonra isə, üçüncü dostları “Starbucks”a gəlmiş, polislərin iki dostunu necə apardıqlarının şahidi olmuşdu.


Hadisə mağazadakı müştərilərdən biri tərəfindən lentə alınıb. Kameranın arxasında isə digər müştərilərin səsini eşitmək olar. “Onları niyə nəzarətə götürürsünüz axı? Onlar nəsə etmədilər!”.


“Bu adamlar sifariş vermədiyinə görə, polis çağrılıb. Polislər zənci dostları mağazadan çıxaran zaman dostu gəlib çıxmışdı. Mağazadakı ağlar isə özləri də eyni şeyi etdikləri təqdirdə niyə nəzarətə götürülmədiklərinə təəccüblənmişdilər”.


Video sosial mediada milyonlarla dəfə izlənilib. Çarxa baxanlar kompaniyanı irqçilikdə ittiham edib. Yalnız bundan sonra, bazar günü “Starbucks”un CEO-su Kevin Johnson (Kevin Conson) videonu çətinliklə izlədiyini, edilənlərin səhv olduğunu söyləyib.



“Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik. Müştərilərin çəkdiyi videonu izləmək çox çətindir. Burada baş verənlər “Starbucks”un vəzifə və dəyərləri ilə uyğun gəlmir”.


Filadelfiya Polis Kommisarı Riçard Ross (Richard Ross) polislərin etdiklərinin doğru olduğunu deyib:


“Əgər bir iş yeri bizi çağıraraq bəzi şəxslərin mağazada artıq olmamasını istəyərsə, polislərin bu vəzifəni yerinə yetirməsi qanunun tələb etdiyi öhdəlikdir”.


Mənbə: BBC